Bərzani: `Terrorizm, ancaq dünyanın ortaq istəyi ilə yox ola bilər`

İraq Kürdüstanının başçısı Məsud Bərzani terrorizmin bütün hər kəs üçün ciddi təhdid və təhlükə olduğunu bildirərək, bu bəlanın, ancaq dünyanın birgə təşəbbüsü ilə ortadan qalxacağını deyib.
 
Maide.az xəbər verir ki, Bərzani dünən Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Boqdanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. O, terrorizmi öz çirkin məqsədləri üçün istifadə edənlər barədə danışaraq, terroru siyasi kart kimi istifadə etmək istəyənlərin, bu terror odunda özlərinin də yanmaqdan xilas olmayacağını və planlarının əksinə yönələcəyini deyib.
 
Bərzani terrorçuların işğalçılıq siyasətlərinin qarşısında Kürdüstanı böyük bir maneə olaraq gördükləri üçün onlara hücum etdiklərini bildirərək, terrorizmlə mübarizədə hərbi mücadilə ilə yanaşı, fikri və iqtisadi aspektin də istifadəsinin lazım olduğunu söyləyib.
 
Rusiya prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Mixail Boqdanov da Rusiyanın terrorizmlə mübarizədə Bərzani və kürd xalqının dəstəkçisi olduğunu bildirərək, terrorizmə qarşı bütün ölkələrin birgə və koordinasiyalı mübarizəsinin önəmli olduğuna diqqət çəkib.

Google+ WhatsApp ok.ru