Bəşşar Əsəd Con Kerriyə cavab verdi: `Açıqlamalar bizi maraqlandırmır`

ABŞ Dövlət katibi Con Kerri ölkəsinin sonda Suriya prezidenti Bəşər Əsədlə müzakirə etmək məcburiyyətində qalacağı barədə məlumat vermişdik. Kerri açıqlamasında bildirmişdi ki, I Cenevrə Konfransı kontekstində hər zaman müzakirə etməyə həvəslidir. 
 
Maide.az xəbər verir ki, sözügedən məsələ ilə əlaqədar Suriya prezidenti Bəşər Əsədin cavabı gecikməyib. Əsəd deyib: "Suriya prezidentinin gələcəyinə dair keçiriləcək hər hansı müzakirələri Suriya xalqı edir. Xaricdən səsləndirilən açıqlamalar bizi maraqlandırmır. Atılacaq addımlara baxacağıq, qərar isə buna rəğmən olacaq".

Google+ WhatsApp ok.ru