Bəhreynlilər Şeyx Əli Salmanın azadlığını tələb edirlər

Maide.az xəbər verir ki, bəhreynlilə Əl-Vifaq Milli-İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın həbsinə etiraz əlaməti olaraq əl-Müsəlla və əl-Bilad əl-Qədim məntəqələrində aksiyalar keçiriblər. 
 
Bu aksiyalarda şüarlar səsləndirilib və Şeyx Əli Salmanın dərhal azad edilməsi tələb olunub. 
 
Aksiyalar Ali-Xəlifə rejimi hərbçilərinin aksiyaçılara hücumu və bəzi etirazçıların həbsi ilə nəticələnib. 
 
Həmçinin bəhreynli etirazçılar ölkənin müxtəlif bölgələrində gecə aksiyalarında Şeyx Əli Salman və bütün siyasi məhbusların azadlığı və məhbusların hüququnun pozulması prosesinin dayandırılmasını istəyiblər. 
 
Şeyx Salmanın 3 məhkəmə iclasının keçirilməsi və beynəlxalq qurumların onun azad olunmasını vacib saymalarına baxmayaraq, bəhreynli ruhani hələ də həbsdədir. 
 
Bəhreyn xalq inqilabı 2014-cü il 14 fevralda başlandıqdan sonra bu ölkə etirazçılar və ruhanilərin həbsi meydanına çevrilib. Halbuki bəhreynlilər ölkədə ədalətin bərqərar olunması, ayrı-seçkiliyin aradan qaldırılması və seçilmiş hökumətin iqtidara gəlməsini istəyirlər.

Google+ WhatsApp ok.ru