Bəhreynlilər siyasi məhbusların azadlığı üçün etirazlarını davam etdirirlər

Maide.az-ın məlumatına görə, Bəhreyn vətəndaşları əl-Qədim, əl-Sənabəs və Sətrə məntəqələrində aksiyalar keçirərək siyasi məhbusların həbslərinin davam etməsinə etirazlarını bildirib və xüsusilə də əl-Vifaq Milli-İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın azad olunmasını tələb ediblər. 
 
Şeyx Əli Salman Bəhreyn xalqının azadlığı və demokratiyasının əldə olunması üzrə qanuni tələblərini dəstəklədiyinə görə ötən 28 dekabrda həbs olunub. 
 
Bəhreyn 2011-ci il 14 fevraldan Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir. 
 
Bəhreyn xalqı azadlıq, ədalətin bərqərar olunması, ayrı-seçkiliyin aradan qaldırılması və iqtidara seçilmiş hökumətin gəlməsini istəyir.

Google+ WhatsApp ok.ru