Bəhreyn rejimi işgəncə məsələləri üzrə məruzəçini ölkəyə buraxmır

Bəhreynli fəal Ali-Xəlifə rejiminin işgəncə məsələləri üzrə məruzəçinin Bəhreynə daxil olmasına mane olduğunu bildirib.
Maide.az xəbər verir ki, Bəhreynin 14 Fevral koalisiyasının sözçüsü Əbdürrəuf əl-Şaib  əl-Aləm xəbər telekanalına müsahibəsində deyib ki, Bəhreyn rejimi bəhreynli etirazçılara qarşı işgəncələrinin ifşa edilməsini istəmir və buna görə BMT-nin insan haqları üzrə məruzəçisinə Bəhreynə daxil olmaq icazəsi vermir. 
Ə. Əl-Şaib əlavə edib ki,  Bəhreynli siyasi fəallar 2002-ci ildən indiyə qədər BMT-dən istəyirlər ki, işgəncə məsələləri üzrə xüsusi məruzəçini Bəhreynə ezam etsin. Lakin siyasi məhbusların işgəncəsini davam etdirən Ali-Xəlifə rejimi siyasi repressiyaların ifşa olunmasını istəmir. 
Ali-Xəlifə rejimi insan haqlarını irimiqyaslı şəkildə pozmaqla xalqın qanuni tələblərini repressiya etməklə Bəhreyni böyük həbsxanaya çevirib. 
Bəhreyndə siyasi məhbusların sayı barəsində müxtəlif statistikalara əsasən, Bəhreyn məhbuslarındakı siyasi fəalların sayı təxminən 10 min nəfərdir.
Bəhreyn rejimi bu ölkəni dünyada siyasi məhbusların ən böyük ölkəsinə çevirib./

Google+ WhatsApp ok.ru