Bədənizin bu 6 hissəsinə əl vurmayın

Maide.az  xəbər verir ki, əllər bakteriyaların və digər mikrobların ötürülməsində ən əsas rola malikdirlər. Hətta əsaslı yuyulduqdan sonra əllər sürətlə çirklənəcək, ələlxüsus da, dırnaqlarınızı uzatdığnız təqdirdə çox asanlıqla və daha sürətlə infeksiyanı əlinizlə ötürə bilərsiniz. Bədənin bəzi hissələri ən kiçik infeksiyaya qarşı çox həssasdır.   Bu hissələri tanıyın ki, onların mümkün infeksiyası və yoluxmasının qarşısını ala biləsiniz.
 
Qulaq kanalı
Heç bir halda barmağınızı və ya digər əşyaları qulağınıza salmayın. Qulağın daxili dərisi çox nazik və həssasdır, istənilən xarici əşya ilə təmasda çox tez qaşınmaya səbəb olur.
Qulaqda davamlı qaşınma hissi mum yığılmasından, dəri ekzeması və ya çirkli suda çimməkdən və... irəli gələn səbəblərdən ola bilər.
Bu hissənin nəmli saxlanması sizi qulaq qaşınmasından xilas edə bilər. Qulağın qaşınması uzun müddət davam edərsə, mütləq burun, boğaz və qulaq həkiminə müraciət edin.
 
Üz dərisi
Üzünüzü yumaqla, bu hissənin gigiyenasını təmin etmiş olursunuz. Bəzən məyusluq halında və ya fikirləşərkən üzümüzə əl vururuq. Bu, hər bir insanın gün ərzində yol verdiyi ən pis və ümumi səhvlərdəndir.
Əl barmaqlarında yağlılıq var ki, dəri məsamələrinə toxunduqda və onlara daxil olduqda, dəridə infeksiya yarana və sızanaq və .... əmələ gələ bilər.
 
Gözlər
Çirkli əllərlə gözləri yuduqda və ya xarici parçacıqları çıxartmaq üçün gözə əl vurduqda, böyük həcmdə infeksiya gözə daxil olur.
Bəzən bu infeksiyalar kəskin konyuktivit adlı göz infeksiyasının yaranmasına gətirib çıxarır. Bu xəstəlik, gözə bir növ bakteriya daxil olduqda yaranır və həkim onu müalicə etmək üçün antibiotik dərman yazacaq.
Gözləriniz qaşınma və ya quruluğa məruz qalsa, və yaxud kontakt linzalar gözünüzü ağrıdarsa, göz həkiminə müraciət edin.
 
Ağız
Orta hesabla insanlar gün ərzində 23 dəfə əllərini ağızlarına və ya onun ətraflarına daxil edirlər. Bu hal yorğunluq zamanı daha çox baş verir.
Çoxlu sayda mikroblar bu yolla ağzınıza nüfuz edir və bədəninizdə bir sıra xəstəliklərin yaranmasına gətirib çıxara bilər, çünki əllərimiz gündəlik olaraq iş masası, kompüter, pul və sair bu kimi bir çox çirklənmiş səthlərlə təmasda olur.  
 
Burun
Burun daxilinə əl vurmaq 51 faizə qədər oreus stafilokoku bakteriyasından yaranan infeksiya kimi bir çox bakteriyaların ötürülməsinə səbəb olur.
Oreus stafilokoku adi dəri infeksiyalarından (məs: sızanaq, çiban, şirpəncə, itdirsəyi və ya abses) tutmuş həyati təhlükəsi olan xəstəliklərə qədər (sətəlcəm, meningiti, osteomielit, endokardit, toksik şok sindromu və septisemiya) yarana bilər.
Oreus stafilokoku xəstəxana infeksiyalarını yarada bilən ən geniş beş amildən biri olaraq, xüsusilə də əməliyyatdan sonrakı yara infeksiyası sayılır.
 
Dırnaq altındakı dəri
Çalışın həmişə dırnaqlarınızı qısa saxlayasınız və sonra bir steril qulaq təmizləyn və ya dırnaqtəmizləyən vasitəsilə artıq dəriləri və dırnaq kənarlarını barmağın ətrafından təmizləyəsiniz.
Dırnaq uzun olduqda, onun altındakı dəriyə toxunmayın, çünki həm bu hissədən bakteriyanın dərinin üzərinə və ya dəri üzərindəki bakteriyanın dırnaqların altına keçməsinə səbəb olur. Oreus stafilokoku dırnağın bu hissəsindəki ən yayılmış bakteriyalardan biridir.
 
Qeyd : 
 
Mütləq əllərinizin düzgün yuyulması qaydasını öyrənin və yadda saxlayın ki bütün səthlər, o cümlədən avtobusda tutacaqlar, iş masası, iş yerində olan dəftərxana ləvazimatı və s. Kimi ümumi yerlərə aid bütün səthlər hətta ən təhlükəli viruslar və bakteriyalar və s. Mikrobların daşıyıcısı ola bilər.
Buna görə, hər dəfə evə qayıdarkən əlləriniz və üzünüzü düzgün qaydada təmizləyin. Tebyan /
 

Google+ WhatsApp ok.ru