Bəsirət nə deməkdir?

Bəsirət və gözüaçıqlıq (uzaq görənlik) nə deməkdir? Yəni, zamanı tanımaq, ehtiyacı tanımaq (ehtiyac olanı bilmək), proritetin nə olduğunu bilmək, düşməni tanımaq, dostu tanımaq və düşmənin müqabilində istifadə olunacaq və lazım olan (işlədilən) vasitələri tanımaq. Bu tanımaqlar bəsirətdir. Həmişə bir növ silahla mübarizə etmək olmur, bütün meydanlara bir silahla getmək olmur. Hansı silahı işə salaq? Düşmən haradadır? Mən dəfələrlə demişəm, bəsirəti olmayanlar, fitnə vaxtı çarəsizliyə düçar olanlar kimidirlər. (Onlar) Qaranlıq və dumanlı gecədə düşməni vurmaq istəyənlər kimidirlər. Bilmirlər axı düşmən haradadır. Hərbi döyüşlərin (müharibələrin) öncül şərtlərindən biri də kəşfiyyatdır. Gedib xəbər əldə edin, baxın düşmən hardadır? Əgər kəşfiyyat olmadan gedib bir yeri vursanız , mümkindir ora dost yeri olsun (düşmən yeri olmasın).Elə bir kəsi vurarsız ki, sizinlə düşmən deyil və bununla da düşmənə kömək etmiş olarsız və bəzəndə belə olur. Əgər bəsirət olmazsa belə olur. Buyurdu: “Öz zamanəsini dərk edənə şübhələr və  nadanlıqlar hücum etməz”   Belə adam nə edəcəyini yaxşı bilər. Əgər  belə olmazsa hətta məsuliyyət hissi olmuş olsa belə çətinliklər və problemlər əmələ gələcək. Bəzilərinin mübarizə dövründə (inqilabdan öncə) məsuliyyət hissi var idi, amma bilmirdilər bunu hara sərf etsinlər. Elə yerə istifadə edirdilər ki, İmam Xumeyninin (rə) o böyük hərakatının ziyanına olurdu. İnqilabdan sonra da və elə indi də bu belədir. Bəziləri məsuliyyət hissi daşıyırlar və iradəsi də var, lakin bu iradəni səhv yerə işlədirlər. Silahını lazım olan yerə tuşlamır (düşməni səhv salırlar) , bu bəsirətsizliyin nəticəsindədir. Biz bir neçə il öncə bir hadiəsni bəsirətsizlik üzündən baş verdiyini demişdik. Bəziləri ağız əydilər ki, bəsirət? Bəli, bəsirət. Bəsirət olmazsa , nə qədər məsuliyyət  və hərəkət çox olsa belə zərərlidir. Bəsirəti olmayan, gözüaçıq olmayan, dostla düşməni tanımayan, gücünü hara sərf edəcəyini bilməyən bir kəs əmin və etibarlı deyi. Bu çox önəmlidir. Əgər bu əsas olmazsa , onların yaxşılıqları, əmr be məruf etmələri, cihadları səhv nəticə verəcək və əyri yola düşəcək.

Ali Lider Ayətullah Seyyid Əli Xamenei /

Google+ WhatsApp ok.ru