Bəşşar Əsəd Tehrana səfər edir

Maide.az  İranın xəbər saytlarına istinadən məlumat verir ki,  hazırda Rusiyada səfərdə olan Suriya Prezidenti Bəşşar Əsəd Tehrana səfər edəcək. 
 
Məlumatda səfərin vaxtı və məqsədi  açıqlanmayıb.
 
Qeyd edək ki, Suriya prezidenti Bəşşar Əsəd dünən axşam Moskvaya səfər edərək Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşüb.

Rusiya prezidenti Vladimir Putinlə məhdud və geniş tərkibdə danışıqlar aparılıb. 

2011-ci ildə Suriyada vəziyyət gərginləşdikdən sonra Rusiyaya səfər  Bəşşar Əsədin ilk xarici səfəridir.  / 

 
 
 

Google+ WhatsApp ok.ru