Bərdədə birinci sinif şagirdi itkin düşüb

Bərdədə azyaşlı uşaq itkin düşüb. Hadisə bu gün günorta saatlarında baş verib. Bərdədə 3 saylı orta məktəbin I sinif şagirdi Xəlilov Elsevər Təbriz oğlu dərsdən çıxıb, lakin evə gəlməyib.
 
Yaxınlarının bildirdiyinə görə, Elsevəri hər gün məktəbə atası aparıb-gətirib. Bu gün isə dərsdən çıxan Elsevər atasının gəlmədiyini görüb özü tək məktəbdən uzaqlaşıb.
 
Həmin vaxt onun yanında olan bacısı Bəsti Xəlilova bildirib ki, qardaşı evə gedəcəyini bildirib. Lakin bir neçə dəqiqə sonra onu aparmağa gələn atası Elsevərin evə gəlmədiyini bildirib. Günorta saat 14:00 radələrində itkin düşən Elsevər Xəlilovun axtarışları davam edir (APA). /

Google+ WhatsApp ok.ru