BƏƏ, İsrail bayrağının dalğalanmasına qarşı çıxdı

Birləşmiş Ərəb Əmirliyi Sionist rejiminin cüdo komandasının Abu-Dabidə keçirilən çempionatda bürünc medal alarkən İsrail bayrağını dalağalandırmaq üçün müraciətinə rədd cavabı verib.
 
Maide.az xəbər veriri ki, Birləşmiş Ərəb Əmirliyi Abu-Dabidə keçirilən "Qran Pri" cüdo turnirində bürünc medal alan iki israilli idmançını öz medallarını almaq üçün Sionist rejiminin bayrağı yox, Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında durmağa vadar edib.
 
Habelə, BƏƏ həmin idmançılara İsrail bayrağının təsvir edildiyi idman köynəkləri ilə çıxış etməyə imkan verməyib.
 
BƏƏ-nin bu addımı Sionist İsrailin Mədəniyyət və İdman naziri Miri Regevi əsəbləşdirib.  M.Regev Birləşmiş Ərəb Əmirliyinə öz kəskin etirazını bildirərək deyib: “İdman və mədəniyyət məsələlərində İsrailin boykot edilməsi ədalətsiz və narahat edicidir, və mən buna qarşı çıxmaq niyyətindəyəm!”.
 
İdman tədbirlərində Sionist rejiminə qarşı çıxılması ilk dəfə deyil və bu rejimin Fələstinlilərə qarşı törətdiyi cinayətlərə etiraz əlaəməti olaraq dələlərlə bu rejimə idman yarışlarında bu cür etirazlar olunub. Daha əvvəl də Avropa komandalarının 60 futbolçusu UEFA Kubokunun 21 yaşdan aşağı yeniyetmələrin çempionatına İsrailin ev sahibliyi etməsini boykot etməyə çağırmışdı./

Google+ WhatsApp ok.ru