Bəhreyndə uşaqlara qarşı insan hüquqlarının pozulması tənqid edildi

Bəhreyndə bir neçə Hüquq Müdafiə Təşkilatı hakim rejimi yüzlərlə uşağın və yeniyetmənin hüquqlarını dəfələrlə pozduğu üçün kəskin pisləyib.
Maide.az-ın məlumatına görə, Bəhreyn İnsan Hüquqları Mərkəzi cümə günü bildirib ki, bu rejimin rəsmiləri uşaqları həbs edib işkəncə  verərək, dəfələrlə onların hüquqlarını pozublar.
Təşkilat eləcədə bildirib ki, uşaqların həbs edilməsi və onlara işkəncə verilməsi BMT-nın uşaqların hüquqlarının müdafiə edilməsi haqda Konvensiyasının həyasızcasına pozulması deməkdir.
Mərkəzdən verilən məlumata əsasən, Bəhreyn rejiminin qüvvələri 2011-ci ildən indiyədək 18 yaşına qədər bir neçə uşaq və yeniyetməni öldürüb və 1500 uşağı isə Terrorizmlə mübarizə Qanunu adı ilə həbsə salıb.
Təşkilat rəsmi Mənaməni yüzlərlə uşağa işkəncə vermək, uzunmüddətli həbs cəzasına məhkum etmək və təhsildən məhrum etdiyi üçün pisləyib, habelə Beynəlxalq təşkilatları bu pozuntulara son vermək üçün Bəhreyn hökümətinə təzyiq göstərməyə çağırıb.
“Amnesty İnternational” və bir sıra digər hüquq müdafiə təşkilatları Bəhreyn rejimini insan hüquqlarını “hədsiz dərəcədə” pozduğu üçün və müxalifətə, dövlətə etiraz edənlərə qarşı repressiya hərəkətlərinə görə dəfələrlə tənqid edib.
Eyni zamanda, bəhreynli etirazçılar Cümə namazından sonra paytaxt Mənamənin ətraf kəndləri və şəhərlərində aksiyalar təşkil edərək, müxalifət liderlərini və siyasi məhbusları dərhal sərbəst buraxmağı tələb ediblər./
 

Google+ WhatsApp ok.ru