Bəhreyn xalqı şəhid şeyx Nimrin edamını qınamaq üçün nümayişlərini davam etdirir

Bəhreyn xalqı Səudiyyə rejimi tərəfindən nüfuzlu Əhli-Beyt (ə) alimi şəhid Ayətullah şeyx Nimr Baqir Ən-Nimrin edam edilməsini qınamaq üçün nümayişlərini davam etdirir.
 
Deyerler.org sosial şəbəkədəki "RevolutionBahrain" səhifəsinə istinadən xəbər verir ki, bu gün də Bəhreyn xalqı əllərində şeyx Əli Salman və şəhid şeyx Nimrin şəkillərilə küçələrə çıxaraq, Ali-Səud və Ali Xəlifə rejiminin törətdiyi cinayətləri qınayıblar. Nümayişçilər şeyx Əli Salmanın və həbsdə olan siyasi və vicdan məhbuslarının dərhal azadlığa buraxılmasını tələb ediblər.
 
Bu arada, Bəhreyn İnsan Haqları Mərkəzi bəyənat yayaraq, Bəhreyn rejiminin siyasi motivlərlə ən azı 250 uşağı həbsdə saxladığını bildirib. Açıqlamada Bəhreyn rejiminin BMT Konvensiyasının 16-cı bəndinin kobud surətdə pozuduğu vurğulanıb. Bəyənatda Bəhreyn rəhbərliyinə terrorizm ittihamı ilә uşaqları təqib etməkdən əl çəkməsi tələb olunub./
 

Google+ WhatsApp ok.ru