Bəhreyndə Ali Xəlifə rejiminin zindanlarında 250 azyaşlı uşaq - İnsan Hüquqları Şurası narahatdır

BMT-nin  İnsan Hüquqları Şurası elan edib ki,  hazırda Ali Xəlifə rejimi həbsxanalarında ən azı 250 az yaşlı uşaq həbsdədir. Onlar siyasi məsələlərə görə həbs olunublar. 
Maide.az xəbər verir ki, BMT-nin  İnsan Hüquqları Şurası deyib ki, Ali Xəlifə rejiminin bu hərəkəti uşaq hüquqları konvensiyasına ziddir. 
Bazar ertəsi günü Bəhreyn rejimi 13 yaşlı  Səid Şəmsi həbs edib. İnsan Hüquqları Şurası Ali Xəlifə rejimindən istəyib ki,  bu kimi hərəkətlərə son qoysun. /
 

Google+ WhatsApp ok.ru