Bəhreynli müxaliflər İnterpol vasitəsi ilə təqib edilir

Ali-Xəlifə rejiminin təhlükəsizlik rəsmiləri hökumət müxaliflərini İnterpol vasitəsi ilə təqib edir.
 
Maide.az Miratul-Bəhreyn xəbər portalına istinadən xəbər verir ki, Bəhreynin İctimai Təhlükəsizlik qurumunun rəhbəri Tariq əl-Həsən bildirib ki, hökumətin bütün müxalifləri beynəlxalq polis İnterpol tərəfindən axtarışdadır.
 
T. əl-Həsən əlavə edib ki, hazırda Londonda Azadlar Hərəkatının rəhbəri Səid Şəhabi, siyasi fəallar Həsən Məşimə və Əbdürrəuf əl-Şayib və bloqqer Əli Əbdülimamın həbsinə order verilib.
 
Qeyd edək ki, Bəhreyn İnsan Haqları Mərkəzi bir bəyanat yayaraq bildirib ki, ölkənin təhlükəsizlik qüvvələri fevral ayının ilk həftəsində ən azı 34 vətəndaşı, o cümlədən 1 qadın və üç uşağı həbs ediblər.
Bəyanatda bildirilir ki, Ali-Xəlifə məhkəmələri 18 bəhreynli, o cümlədən parlamentin sabiq deputatı Xalid əl-Əbdülal, fotoqraf Əhməd əl-Fərdan, insan haqları fəalı Zeynəb əl-Xacəni ümumilikdə 40 il azadlıqdan məhrum edib.
 
Bundan başqa Bəhreynin 14 vətəndaşı, o cümlədən ərəbistanlı mübariz ruhani Şeyx Nimr Baqir əl-Nimrin edamını tənqid edən bəhreynli göz həkimi Səid əl-Səmahicinin mühakiməsi təxirə salınıb.
 
Sərhədsiz Reportyorlar Təşkilatı da bazar günü  bəyanat yayaraq bildirib ki, Bəhreyn söz və ifadə azadlığı baxımından 2015-ci ildə 180 ölkə arasında 163-cü yeri tutur.
 
Bəhreyn 2011-ci ildə xalq qiyamının yatırılmasından indiyə qədər ictimai etirazların şahididir. Vətəndaşlar siyasi islahatların aparılmasını tələb edirlər. Ali-Xəlifə rejimi də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin hərbçiləri və təhlükəsizlik məmurlarının köməyi ilə Bəhreyndə ictimai etirazları zor gücünə dağıdır. /
 
Xəbərlərimizi Maide.az-ın facebook səhifəsində də izləyə bilərsiniz.
 

Google+ WhatsApp ok.ru