Bəhreyndə şiələrin əzadarlıq çadırları dağıdıldı

Bəhreyn rejimini təhlükəsizlik qüvvələri şiələrin Manama küçələrində qurulmuş əzadarlıq çadırlarını dağıdıb. 
 
Maide.az xəbər verir ki, ötən gün  Bəhreyn rejimi təhlükəsizlik  qüvvələri  Manamanın Əl-Zənc və Əl-Biladil-Qədim məhəllələrində qurulmuş  əzadarlıq çadırlarını  dağıdıblar. 
 
Qeyd edək ki, bir neçə gün öncədə Ali Xəlifə rejimi Daxili İşlər Nazirliyi  bu ölkədə olan şiələrə qarşı əməliyyat keçirmiş, çox sayda insanı həbs edib.  Şiə alimlərini  polis məntəqələrinə çağırıb və onlara təzyiqlər edib. 
 
Bəhreyndə əhalinin əksəriyyəti şiələrdir.Onlara qarşı repressiya siyasəti yürüdür. Bəhreynlilər  öz ən ilk hüquqlarını əldə etmək məqsədi ilə ötən beş il ərzində dinc aksiyalar təşkil edirlər. Bəhreyn rejimi dinc aksiyalara çox sərt reaksiyalar verir və aksiyaları silah və göz yaşardıcı qazdan istifadə etməklə dağıdır. /
 
 

Google+ WhatsApp ok.ru