Bəhreyndə etiraz aksiyası; siyasi məhbuslara azadlıq tələb olunur-Foto

Bu gün Manamanın qərbində  yüzlərlə Bəhreynli etiraz aksiyası keçirib və siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.
 
Maide.az xəbər verir ki, bu gün cümə namazından sonra Manamanın qərbində Əl-draz kəndində keçirilən aksiyada  Ali Xəlifə rejimi tərəfindən tutulan siyasi məhbusların və Əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Salmanın azadlığa buraxılması tələb olunub.
 
Aksiya iştirakçıları əllərində Şeyx Əli Salman və digər məhbusların şəkillərini daşıyıb  Bəhreyndə  ayrı-seçkiliyə qarşı  şüarlar səsləndiriblər./
 
 
 
 
 

Google+ WhatsApp ok.ru