Bəhreyn xalqı və ruhaniləri həbsdə olan qadınlara qarşı hörmətsizliyi pisləyiblər

Bəhreyn xalqı və ruhaniləri Ali-Xəlifə zindanlarında saxlanılan qadın məhbuslara qarşı hörmətsizli və  təhqiredici hərəkətləri pisləyiblər.
 
Maide.az xəbər verir ki,  Əl-Əhd informasiya portalının verdiyi məlumata görə, həbsdə olan bəhreynli qadınlardan birinin qadın məhbusların zindanda işgəncələrə məruz qalması və onlara qarşı təhqiredici hərəkətlərin törədilməsi haqqında açıqlamasında sonra, Bəhreyn alimləri bəyanat yayaraq, həbsdə olan qadınlara qarşı yol verilmiş cinayətlərə aydınlıq gətirilməsi üçün şəffaf araşdırmaların aparılmasını istəyiblər.
 
Bəhreyn alimləri bu bəyanatda beynəlxalq insan haqları təşkilatlarından istəyiblər ki, Bəhreyn zindanlarındakı vəziyyətlə bağlı araşdırmalar aparsınlar.
 
Bəhreynin əl-Vifaq hərəkatı da  bəyanat yayaraq, siyasi məhbuslara işgəncə verənlərin kimliyinin müəyyən edilməsini tələb edib.
 
Ali-Xəlifə rejiminin insan haqları ilə bağlı iddialarının yalan olması Bəhreyn xalqını qəzəbləndirib.
 

Google+ WhatsApp ok.ru