Bəhreynli mübariz ruhanilər Ali Xəlifə rejim həbsxanasından azadlığa buraxıldı– FOTO

Ali Xəlifə rejim məhkəməsinin  qərarı ilə beş il azadlıqdan məhrum edilən üç Bəhreynli  mübariz  ruhani  Şeyx  Məhəmməd Əli əl-Məhfuz,  Şeyx  Casim Dəmestani və Seyyid Mehdi Musəvi  azadlığa çıxıb. 
 
Maide.Az xəbər verir ki,  Bəhreyn təhlükəsizlik  qüvvə rəsmiləri ötən gün beş ildən sonra Bəhreynli ruhani Seyyid Mehdi Musəvinin azadlığa buraxılmasına dair hökm çıxarıb. 
 
Şeyx Məhəmməd Əli Məhfuz və  Şeyx Casim Dəmestani də bu gün azadlığa buraxılıblar. 
 
Bu üç mübariz ruhani Bəhreyndə "İslami Əməl" cəmiyyətinin sədri və üzvləridirlər.  Məhkəmə onların 10 il azadlıqdan məhrum etmə cəzası vermişdi,lakin sonrada appelyasiya məhkəməsi onların cəzasını yarıyadək azaltmışdı.
 
Bəhreyndə 2011-ci ildən  Ali Xəlifə rejiminə qarşı dinc etirazlar keçirilir. 
 
 
 
 

Google+ WhatsApp ok.ru