Bəhreyndə hökumət əleyhinə aksiya

Bəhreyn vətəndaşları Ali-Xəlifə rejiminin repressiv siyasətlərinin davam etməsinə etiraz olaraq aksiya keçiriblər.
 
Maide.Az xəbər verir ki,  Bəhreyn vətəndaşları ötən gün Şəhrəkan bölgəsində aksiya keçirib və Bəhreyn xalqının qanuni tələbləri reallaşana qədər dinc etirazların davam etdirəcəklərini vurğulayıblar.
 
Bəhreyn bayrağını əllərində tutan etirazçılar siyasi məhbusların azad olunması və bəhreynli etirazçıları qətlə yetirənlərin həbs edilməsini tələb ediblər.
 
Bəhreyn 2011-ci il fevral ayından Ali-Xəlifə rejiminə qarşı dinc ictimai etirazların şahididir. Bəhreyn vətəndaşları azadlıq, ədalətin bərqərar olunması, ayrı-seçkiliyin aradan qaldırılması və xalqın seçdiyi hökumətin iqtidara gəlməsini istəyirlər.
 
Bu tələblərə görə,  Bəhreyn rejimi  bəzi ərəb ölkələri, o cümlədən Ərəbistanın dəstəyi ilə  xalqa qarşı repressiv siyasətlər həyata keçirir.
 

Google+ WhatsApp ok.ru