Bəhreyn rejimi  tanınmış  ruhaninin vətəndaşlığını ləğv etdi

Bəhreyn rejimi tanınmış ruhaninin vətəndaşlığını ləğv etdi

Bəhreyn rejiminin Daxili İşlər Nazirliyi müxalifətə repressiyaların  davamında  ölkənin  tanınmış şiə ruhanilərindən olan Ayətullah Şeyx İsa Əhməd Qasimin vətəndaşlığını ləğv edib.
 
Maide.Az xəbər verir ki,  Bəhreyn DİN-i  idda edir ki, Şeyx İsa  Qasim  öz mövqeyindən “əcnibilərin xeyrinə,  zorakılığın artması və  dini ayrıseçkiliyin yaranmasına”  suistifadə edib.  Şeyx İsa ona qarşı  irəli sürülən ittihamları qəbul etməyib.
 
Bəhreyn  İnsan Haqları Mərkəzi  rejimin  bu qərarını  pisləyib və onu  beynəlxalq qanunlara zidd bir addım olduğunu  vurğulayıb. Şeyx İsanın vətəndaşlığı onun hökumətə qarşı  etirazlarına görə əlindən alınıb.
 

Google+ WhatsApp ok.ru