Bəqinin dağıdılması ildönümündə, Amerikada  Ali-Səud rejimi əleyhinə aksiya-FOTO

Bəqinin dağıdılması ildönümündə, Amerikada Ali-Səud rejimi əleyhinə aksiya-FOTO

Amerikada yaşayan müsəlmanlar və müharibə əleyhdarları Səudiyyə Ərəbistan rejiminin Vaşinqtondakı səfirliyi önündə etiraz aksiyası keçirib.
 
Maide.Az Presstv-yə istinadən xəbər verir ki, yüzlərlə aksiya iştiraçısı “Səudi və İŞİD birdir, onları fərqi adlarındadır”,  “xalq bəli, səudi xeyir...  sultan ailəsi getməlidir” kimi şüarlar səsləndirərək öz etirazlarını Ali-Səud rejiminə qarşı  bildiriblər. 
 
Etiraz aksiyası Səudiyyə Ərəbistanın  terroru dəstəkləməsinə və ölkə daxilindəki azlıqlara qarşı zülmlərinə etiraz əlaməti olaraq keçirilib. Etirazçılar həmçinin Ali-Səud rejiminin Məkkə və Mədinədə müqəddsə məkanları dağıtmasını pisləyiblər. 
 
Qeyd edək ki, ötən gün hicri-qəməri tarixi ilə şəvval ayının 8-i, 1344-cü ildə bu Əbdül-Əziz bin Səudun qüvvələri - radikal sələfilər müqəddəs Mədinəni mühasirəyə alaraq şəhəri talan edib, dörd imam və digər tanınmış səhabələrin məqbərələrinin yerləşdiyi Bəqi qəbiristanlığını yerlə yeksan ediblər. 
 
Etiraz aksiaysında iştirak edənlərdən biri bildirib ki, biz Bəqinin dağıdılmasına etiraz edir və istəyirik ki, bu qəbiristanlıq bərpa olunsun. Bəqinin yenidən qurulmasını tələb edirik. 
 
 
 
 

Google+ WhatsApp ok.ru