Bəhreyn İnsan Haqları Mərkəzinin sədri Nəbil Rəcəbin vəziyyəti kəskin pisləşib

Bəhreyn İnsan Haqları Mərkəzinin sədri Nəbil Rəcəbin vəziyyəti kəskin pisləşib

Bəhreyn İnsan Haqları Mərkəzi bəyənat verərək, mərkəzin həbsdə olan sədri Nəbil Rəcəbin səhhətinin kəskin pisləşməsilə bağlı narahatlığını bәyan edib.
 
Deyerler.org Parstoday-a istinadən mәlumat verir ki, Miratul Bəhreyn saytının verdiyi xəbərə görə, Bəhreyn İnsan Hüquqları Mərkəzinә həbsxana daxilindən verilən məlumatlarda mərkəzin sədri Nəbil Rəcəbin səhhətinin kəskin pisləşdiyini və təcili müalicəyə ehtiyacı olduğu qeyd edilib.
 
Nəbil Rəcəbin xanımı açıqlama verərək, yoldaşının sentyabr ayına qədər xəstəxanaya yerləşdiriləcəyi barədə ona məlumat verildiyini bildirib.
 
Nəbil Rəcəbin səhhətinin kəskin pisləşməsinə həbsxanadakı pis şərait və işgəncələr səbəb olduğu bəyənatda qeyd olunub.
 

Google+ WhatsApp ok.ru