Bəhreyndə  repressiv xarakterli həbslər  davam edir

Bəhreyndə repressiv xarakterli həbslər davam edir

Yerli KİV-lərin məlumatına görə,  Bəhreyndə tanınmış  fəallardan olan xanım Ğadə Cəmşir iki gün öncə hava limanında  həbs olunub. 
 
Maide.Az xəbər verir ki, bildirilir ki, xanım Ğadə Cəmşir siyasi  fəaliyyətlərinə görə, 3 il müddətinə azadlıqdan məhrum edilib. 
 
Məlumatda bildirilir ki, xanım Ğ.Cəmşir sosial şəbəkələrdə  Ali Xəlifə rejimə qarşı tənqidi  fikirlər yayımladığı üçün həbs edilib. 
 
Digər bir məlumata görə, Bəhreyn rejim məhkəməsi Əl-Zəhra məscidinin imamı Şeyx Əli Həmidanı 1 il azadlıqdan məhrum edib.
 
O, Diraz bölgəsində  qeyri-qanuni toplantılar yaratmaq ittihamı ilə məhkum edilib.
 
Həmçinin  bildirilir ki, rejim məhkəməsi  digər 9 bəhreynlini 10 il müddətinə azadlıqdan məhrum edib. Onlar iğtişaşlar yaratmaq,beş nəfərdən artıq  toplantılar təşkil etmək və bomba partlatmaq ittihamları ilə məhkum ediliblər. 
 
 

Google+ WhatsApp ok.ru