Bəhreyn rejiminin mühakimə etdiyi din alimlərinin sayı 47-yə çatıb

Bəhreyn rejiminin mühakimə etdiyi din alimlərinin sayı 47-yə çatıb

Ayətullah şeyx İsa Qasim də daxil olmaqla Bəhreyn rejimi 47 din alimini muhakimə edir

"əl-Aləm"ə istinadla verilən xəbərə görə, təkcə bu gün Seyyid Məcid əl-Məşəl, Şeyx Fazil əz-Zaki, Seyyid Yasin əl-Musəvi və Şeyx Əziz Xədranın məhkəmələri keçiriləcək.

Bundan əlavə ötən gün keçirilən məhkəmədə Bəhreyn rejimi şeyx Əli Hmeydan və Seyyid Əli Əhməd əl-Musəvini hər birini bir il müddətində azadlıqdan məhrum edib.

BMT-in İnsan Hüquqları Təşkilatı, Beynəlxalq Əfv Təşkilatı və Avropa İttifaqının İnsan Hüquqları təşkilatlarından Bəhreyn rejiminin dinc aksiyalara və din alimlərinə qarşı zorakı siyasətini pisləyən bəyanatlar verilib.

Qeyd edək ki, Bəhreyn müxalifəti 2010-cu ilin sonundan başlayan Ərəb Baharı dövründən indiyə qədər həmişə dinc aksiyaların tərəfdarı olub və silahlı üsyana və müqavimətə əks çıxıb. Amma buna baxmayaraq, Bəhreyn rejimi hər bir vasitə ilə siyasi islahatların keçirilməsi və söz azadlıqlarının təmin edilməsini tələb edən muxalifət nümayəndələrini əsassız iddialarla həbsini davam etdirir. (islaminsesi) /

Google+ WhatsApp ok.ru