Bəhreyn rejimi məmurlarının şiə nifrəti

Bəhreyn rejimi məmurlarının şiə nifrəti

Bəhreyn rejiminin rəsmi məmurları diplomatik mövqelərinə baxmayaraq şiələrə olan nifrətlərini əsla gizlədə bilmirlər
 
 2010-cu ilin sonundan ərəb ölkələrində başlayan “Ərəb Baharı” monarxiya və sülalə hakimiyyətinin olduğu Bəhreynə də təsir etdi. Bu dönəmdən öncə də əhalisinin 70 faizini şiələr təşkil edən ölkədə siyasi islahatların keçirilməsi ilə bağlı fəaliyyətlər baş tuturdu. Lakin “Ərəb Baharı” bu prosesə güclü bir təkan verdi.
 
Digər ərəb ölkələri ilə müqayisədə bu ölkənin müxalifətini təşkil edən şiə xalqı yalnız dinc aksiyalar və sivil tələblərlə istəklərini irəli sürdülər. Artıq bu proses 5 ildir ki davam edir, şiə din alimlərinin başçılıq etdiyi Bəhreyn muxalifəti silahlı müqavimətə əsla əl atmamış və beləcə müsəlman ölkələrində əsl nümunəvi müxalifətin hansı şəkildə olmasını nümayiş etdirə bilmişdir.
 
Lakin buna baxmayaraq, Bəhreyn rejimi durmadan müxalifətin simaları olan din alimlərini və siyasi fəalları həbs və vətəndaşlıqdan məhrum etməkdə davam edir.
 
Belə ki hal hazırda Bəhreyndə hazırda 47 din alimi mühakimə və ya həbs edilməkdədir. Mindən artıq siyasi fəal həbs dövrünü yaşayıb və yaşamaqdadır. Bu ölkə müxalifət simalarının vətəndaşlıqdan məhrum edilməsi məsələsində dünyada birinci yerdədir. Bəhreyn rejimi şiələrə nifrətdən dolayı bu addımı atmaqla ölkədə cəmiyyətin demoqrafik vəziyyətini dəyişməyə çalışır.
 
Ötən həftə Bəhreynin Təhlükəsizlik İdarəsinin müdirinin müavini Xəlifə bin Əhməd Ali Xəlifə öz İnstaqram səhifəsində şiələri təhqir edərək yazıb ki, şiələr monqoldurlar və onlar zinadan əmələ gəliblər. Onlar öz xanımlarını bir-birilərilə mübadilə edirlər. Böyük rezonans doğuran bu yazıdan sonra Bəhreyn hökümətinin təmsilçiləri onun İnstaqram səhifəsinin oğurlandığı məlumatını yaymalı oldular. 
 
Bu gün isə onun qardaşı Xalid bin Əhməd Ali Xəlifə öz İnstaqram səhifəsində nifrət doğuran bir foto paylaşıb. Şəkildə tapança Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx Qasimin portretinə tərəf tuşlanıb.(İslaminSesi)
 

Google+ WhatsApp ok.ru