Bəhreyn rejim həbsxanalarında 4 min siyasi fəal saxlanılır

Bəhreyn rejim həbsxanalarında 4 min siyasi fəal saxlanılır

Bəhreyn insan haqları fəalı Nəbil Rəcəb Amerikanın New York Times qəzetinə məktub göndərərək bildirib ki, təqribən 4 min siyasi fəal hazırda Bəhreyn rejim həbsxanalarında saxlanılır. 
 
Maide.Az xəbər verir ki, New York Times qəzetinin  bazar günü yayımladığı məktubda  bildirilir ki, Bəhreyn  4 min siyasi məhbusla Qərbi Asiya bölgəsində ən çox siyasi məhbus olan ölkədir.  “Bəhreynlilər  ölkədə demokratiyanın olmasını istəyir, lakin həbs, işkəncə və hətta ölümlə üzləşirlər. Mən  ötən ilin aprel ayından  iyul ayına kimi  “məhkəmə sisteminə hörmətsizlik” və “müharibə zamanı şaiyə yaymaq” ittihamı ilə həbsdə saxlanılıram və bu müddət ərzində həbsimin çoxu  karserdə keçib. Mən  2015-ci ilin mart ayında  Cou həbsxanasında yüzlərlə bəhreynli  məhbusun işkəncə verilməsini ifşa etmişəm və buna görə  Bəhreyn rejimi məni  məhkəmə sisteminə hörmətsizlik ittihamı irəli sürüb.”
 
Nəbil Rəcəb məktubuna  əlavə edir ki, azadlığa çıxdıqdan sonra  mənim ölkədən çıxışıma  qadağa  qoyuldu, sonra  məni və ailəmi  çağırıb məni  ailəmin gözü qarşısında fəaliyyətimdən əl çəkməsəm 15 il  həbs edəcəkləri ilə  hədələdilər və bu dur mən artıq həbs olunmuşam.
 

Google+ WhatsApp ok.ru