Bəhreyn İnsan Hüquqları Komitəsinin sədri Nəbil Rəcəbin azadlığı tələb edildi

Bəhreyn İnsan Hüquqları Komitəsinin sədri Nəbil Rəcəbin azadlığı tələb edildi

 
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner Bəhreyn İnsan Hüquqları Komitəsinin sədri Nəbil Rəcəbin azadlığa buraxılmasını tələb edib.
 
Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, Mark Toner, gündəlik mətbuat brifinqində verdiyi açıqlamasında, ABŞ rəhbərliyinin Ali Xəlifə rejimi tərəfindən Nəbil Rəcəbin həbs edilməsindən narahat olduğunu deyib.
 
Açıqlamada Nəbil Rəcəbin yenidən həbs edilməsi və barəsindəki ittihamlar qanunsuz olduğu vurğulanıb. "ABŞ Manama rəhbərliyindən Nəbil Rəcəbi dərhal azadlığa buraxmasını tələb edir", - deyə Toner bildirib. /

Google+ WhatsApp ok.ru