Bəxtiyar Hacıyev ölkədən xaricə buraxılmadı 19 Sentyabr 2016 01:00 Hüquq Tanınmış bloqqer, ictimai-siyasi fəal Bəxtiyar Hacıyev bu gecə ölkə xaricinə getmək istəyərkən aeroportda saxlanılıb və ona, ölkədən çıxmasının yasaq olduğu bildirilib. Bu barədə Bəxtiyar Hacıyev sosial şəbəkədəki səhifəsində yazıb. "Ölkədən çıxışıma qadağa olduğunu deyib buraxmırlar məni hava limanından. ATƏT-in HDIM illik toplantısında iştirak üçün Varşavaya gedirdim. Qadağanın kim tərəfindən və hansı əsasla qoyulduğu deyilmir. Gözləyirəm hələ görək, axırı nə olur?" Daha sonra B.Hacıyev məsələnin mabədi haqda məlumat verərək yazıb ki, onu ölkədən buraxmayıblar və bu barədə heç bir məlumat verməyiblər: "Nəyə nail olmaq istəyirlər, nə etmək istəyirlər? Səhər açılsın görək..." (Musavat.com) Teqlər : #Bəxtiyar Hacıyev ölkədən xaricə buraxılmadı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gəncləri məhkəməyə aparıb yenidən polis bölməsinə qaytarıblar Beytulla Hüseynov 12 milyon mənimsəməkdə ittiham edilir