Bəxtiyar Hacıyevin ölkədən çıxışına icazə verdilər

Bəxtiyar Hacıyevin ölkədən çıxışına icazə verdilər

 
İctimai-siyasi fəal Bəxtiyar Hacıyevin ölkədən xaricə buraxılmaması texniki səhv nəticəsində olub.
 
Maide.Az xəbər verir ki, bu barədə Bəxtiyar Hacıyev özü facebook hesabında məlumat verib.
 
B.Hacıyev bu haqda deyib: “Daxili İşlər Nazirliyindən zəng edib ölkədən buraxılmamağımla bağlı qadağanın "texniki səhv" olduğunu, artıq ölkədən gedə biləcəyimi bildirdilər. Çox pis hissdir, qadağanın götürülməsinə sevinməklə Varşavadakı tədbirə vaxtında gedə bilməməyə görə üzülmək bir-birinə qarışıb”. /

Google+ WhatsApp ok.ru