Bəhreyn məhkəməsi əl-Vifaq hərəkatını ləğv etdi

Bəhreyn məhkəməsi əl-Vifaq hərəkatını ləğv etdi

 
Bəhreyn ali məhkəməsi ölkə fəaliyyət ən göstərən ən böyük şiə cəmiyyəti əl-Vəfaqın bağlanması və əmlakının müsadirə olunması barədə qərar qəbul edib.
 
Maide.Az xəbər verir ki, məhkəmənin qərarına əsasən cəmiyyətin mal varlığı Bəhrəyn dövlətinin hesabına köçürülməlidir. Əl-Vifaq cəmiyyəti Bəhreyn şiələrin tərəfindən 2001-ci ildə təsis edilib. 2010-cu ildə onlar parlamentdə 18 millət vəkili ilə təmsil olunurdular. 
 
Qeyd edək ki, bu hadisələr BMT-nin baş katibi Pan Gi munun Londanda keçirilən toplantıda Bəhreyndə insan hüquqları pozuntuları barədə xəbərdarlıq etməsinə təsadüf edib.
 
Bəhreyn müxalifəti 2010-cu ilin sonundan başlayan Ərəb Baharı dövründən indiyə qədər həmişə dinc aksiyaların tərəfdarı olub və silahlı üsyana və müqavimətə əks çıxıb. Amma buna baxmayaraq, Bəhreyn rejimi hər bir vasitə ilə siyasi islahatların keçirilməsi və söz azadlıqlarının təmin edilməsini tələb edən muxalifət nümayəndələrini əsassız iddialarla həbsini davam etdirir. /

Google+ WhatsApp ok.ru