Bəşər Əsəd: Amerika Suriya ordusuna qəsdən hücum etdi

Bəşər Əsəd: Amerika Suriya ordusuna qəsdən hücum etdi

 
Rəsmi Vaşinqton atəşkəsə sadiq qalmadı
 
Maide.Az-ın verdiyi xəbərə görə Suriya prezidenti Bəşər Əsəd bildirib ki, Amerikanın Suriya ordusunun mövqelərinə hücumu bilərəkdən etmişdi, baxamayaraq ki, bunu təkzib edirlər. ABŞ Rusiya ilə razılaşsa da, Suriyadakı terrorçu qruplaşmalara qarşı mübarizə aparmır. Biz atəşkəs şərtlərinə sadiqik, amma Amerika, Türkiyə və Ərəbistanın dəstəklədiyi terrorçu qruplaşmalar atəşkəsə əməl etməyəcəklərini açıqladılar.
 
Amerika Suriyadakı atəşkəs razılaşmasına sadiq deyil. Ən-Nusra və İŞİD əleyhinə mübarizə aparmaqda səy göstərmir. ABŞ düşünür ki, bu terrorçu qruplaşmalar Suriyanın bir parçasıdırlar və öz hədəflərinə nail olacaqlar. 
 
BMT-nin və Qırmız Xaç cəmiyyətinin karvanına təşkil olunan hücuma münasibət bildirən Bəşər Əsəd qeyd edib ki, humanitar  yardım karvanına havadan hücum edilməyib. Bunu BMT-də təsdiqlədi. Yardım karvanına biz hücum etməmişik. Əgər belə olsaydı bizdə terrorçuların hədəflərinə xidmət etmiş olardıq. 
 
Suriya prezidenti Qərb mətbuatını tənqid edərək deyib ki, elə ki, Suriya və Rusiya terrorçulara qarşı əməliyyatlar həyata keçirir, onu cinayət kimi təqdim edirlər. Amma terrorçuların bu ölkədə törətdiyi vəhşilikləri və qətliamları görməməzlikdən gəlirlər. /

Google+ WhatsApp ok.ru