Bəhreyn rejim qüvvələri Ayətullah İsa Qasimin evinə hücum edib; Bəhreyn alimləri xalqa çağırış edib - FOTO- VİDEOLAR

Bəhreyn rejim qüvvələri Ayətullah İsa Qasimin evinə hücum edib; Bəhreyn alimləri xalqa çağırış edib - FOTO- VİDEOLAR

Bəhreyn alimləri xalqa müraciət edib və onları Ayətullah Şeyx İsa Qasiminin evi olan Diraz bölgəsinə tərəf yürüş etməyə çağırıb. 
 
Maide.Az xəbər verir ki, Bəhreyn Alimlər Məclisinin üzvü Şeyx Məhəmməd Xocəstə bildirib ki, hazırda Diraz bölgəsinin ətrafında  təhlükəsizlik qüvvələri ilə xalq arasında qarşıdurma baş verib.  “Təhlükəsizlik qüvvələri Bəhreyn şiələrinin rəhbəri Ayətullah Şeyx İsa Qasimin evinə hücum edib. Onlar bu gün səhər yerli vaxtla saat 9:50-də Diraz bölgəsinə və Şeyx İsa Qasimin evinə soxulub“.
 
Şeyx Məhəmməd Xocəstə deyib ki, Ayətullah Şeyx İsa Qasimin vəziyyəti və onun evində baş verənlərlə bağlı məlumat yoxdur. 
 

“Bəheyn alimləri bütün xalqa səslənib və onları Şeyx İsa Qasimin evinə tərəf yürüş etməyə və onu qorumağa çağırıblar. Gənclərin çoxu Diraz bölgəsinə tərəf yürüş edib və bölgədə qarşıdurma baş verib. Ali Xəlifə rejim qüvvələri xalqa qarşı repressiv addımlar atırlar”.

 

بحرین

 

/ / / /

Google+ WhatsApp ok.ru