Bəhreyndə bu gün də cümə namazının qılınmasına icazə verilmədi

Bəhreyndə bu gün də cümə namazının qılınmasına icazə verilmədi

Bəhreyndə Ali Xəlifə rejiminin təzyiqləri nəticəsində artıq neçə həftədir ki, Diraz bölgəsində İmam Sadiq (ə) adına məsciddə cümə namazı qılınmır. 
 
Maide.Az xəbər verir ki, Bəhreyn siyasi fəallar sosial şəbəkələrdə bildiriblər ki, Ali Xəlifə rejimi Ayətullah İsa Qasimin evinin mühasirəsinin 200-cü günündə Diraz bölgəsində şiələrin cümə namazı qılmasını əngəlləyib. Belə ki, Bəhreyn rejim qüvvələri namaz qılan şəxslərin məscidə girişinə icazə verməyib və onların cəm formasında namaz qılmasının qarşısını alıb. Məscidə gələnlər isə məcbur edibliblər ki, fərdi şəkildə namazlarını qılsın.
 
Bəhreyn xalqı bu gün səhər bu ölkənin müxtəlif bölgələrində etiraz aksiyaları keçirib, Şeyx İsa Qasimin evinin mühasirəsinə son qoymağa çağırıblar. Onlar Bəhreyn rejim qüvvələrinin təzyiqlərini pisləyib. Polis etiraz aksiya iştirakçılarına hücum edib və onları gözyaşardıcı qazla dağıtmağa çalışıb. /

Google+ WhatsApp ok.ru