Bəhreyndə 3 gəncin edamı ölkədə geniş miqyaslı etirazlara səbəb olub

Bəhreyndə 3 gəncin edamı ölkədə geniş miqyaslı etirazlara səbəb olub

Bəhreynlilər ölkənin müxtəlif bölgələrində etiraz aksiyaları keçirərək Ali Xəlifə rejimi tərəfindən şəhid edilən Əhli-Beyt (ə) ardıcıllarından olan 3 gənc fəalın yanvarın 15-də edam edilməsini pisləyib. 
 
Maide.Az xəbər verir ki, "Meraat" xəbər saytının məlumatına görə, Manamada Barbar bölgəsinin əhalisi ötən gün əllərində şəhidlərin şəkilləri və şam tutaraq etiraz aksiyası keçirib
 
Məlumata görə, təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün qırma (saçma) güllələrdən və gözyaşardıcı qazdan istifadə ediblər. 
 
 
"Amnesty International" Ali Xəlifəni tənqid edib
 
"Amnesty International" 3 bəhreynli gəncin edamına görə, Ali Xəlifə rejimini tənqid edib və bu edamı insan hüquqlarına bir zərbə hesab edib.
 
"Amnesty International"ın Bəhreyndəki nümayəndəliyinin rəis müavini Cimah Hədid deyib ki, 2010-cı ildən bu yana ilk dəfə Bəhreyndə edam hökmünün icrası bu ölkə rəsmiləri üçün böyük məğlubiyyətdir.
 
"Alwasat" qəzetinin fəaliyyəti dayandırılıb.
 
Bəhreyn İnformasiya Nazirliyi “Alwasat” internet qəzetinin fəaliyyətini dayandırıb və saytı bağlanıb. Bəhreyn rejimi elan edib ki, bu qəzet Bəhreyn xalqının arasında milli birliyi pozan yazılar dərc etdiyi üçün bağlanıb. 
 
Bu qəzet bundan öncədə Bəhreyn hökuməti tərəfindən bağlanmışdır. "Alwasat" qəzeti Bəhreyn müxaliflərinə yaxın qəzetdir. 2002-ci ildə təsis olunub.
 

Google+ WhatsApp ok.ru