Bəhreynin ən böyük müxalif hərəkatı silahlı mübarizəyə başladı

Bəhreynin ən böyük müxalif hərəkatı silahlı mübarizəyə başladı

Bəhreynin “əl-Vəfa” hərəkatı Ali-Xəlifə rejimi ilə silahlı mübarizəyə başladığını elan edib
 
İslamazeri-nin məlumatına görə, hərəkatın rəhbəri Seyid Mürtəza Sənədi bu barədə məlumat verərək bildirib: “Bəhreyn xalqının sivil mübarizəsinin xalqa zülmdən başqa heç bir nəticəsi olmadı. Hərəkatımızın üzvləri bu gündən etibarən silahlı mübarizəyə başladı.”
 
Maide.Az Bəhreyn KİV-lərinə istinadən xəbər verir ki, Bəhreyn İnsan Hüquqları Mərkəzinin sədri  Yusif Əl-Muhafizə deyib ki,  Bəhreyn rəsmiləri  yanvar ayının 9-dan 15-dək  46 nəfəri həbs ediblər. Onlardan 4 nəfər azyaşlı uşaqdır.   "Bəhreyndə aksiyalar davam edir və dekabrın 15-də 3 Əhli-Beyt (ə) davamçısı olan ı gəncin edamından sonra indiyədək ölkənin 40 bölgəsində 137 etiraz aksiaysı keçirilib. Onlardan 31-ni təhlükəsizlik qüvvələri  qırma (saçma) güllələri və gözyaşardıcı qazla dağıtmağa çalışıb". 
 
Qeyd edək ki, bu hərəkat 2009-cu ildə təsis olunub. Xatırladaq ki, Bəhreynin Ali Xəlifə rejimi açıq-aşkar öz müxaliflərinə qarşı soyqırıma start verib. Müxaliflər küçələrdə öldürülür, həbs olunara edam edilirlər.
 

 

Google+ WhatsApp ok.ru