Bəhreyndə gənclərin edam edilməsinə qarşı etirazlar 4-cü gündür ki davam edir

Bəhreyndə gənclərin edam edilməsinə qarşı etirazlar 4-cü gündür ki davam edir

Bəhreyndə üç gəncin Ali-Xəlifə rejimi tərəfindən edam edilməsindən 4 gün keçsə də, ölkənin müxtəlif yerlərində diktator rejiminə qarşı nümayişlər davam edir.
 
Əl-Sənabəs bölgəsində yanvarın 18-də təşkil edilən mitinqdə diktator rejiminin mürtəce siyasətləri qınanılıb.
 
Əldə olunan xəbərə əsasən, Bəhreynin təhlükəsizlik qüvvələri xalqın mitinqdə iştirakına mane olmaq üçün prospekt və küçələri bağlayıb. Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qaz bombası və rezin güllələrdən istifadə etməyə davam edir.
 
Qeyd edək ki, yanvarın 15-də Əhli-Beyt (ə) ardıcılı 3 bəhreynli gənc fəal Ali Xəlifə rejimi tərəfindən güllələnməklə edam edilmişdir. (deyerler) /

Google+ WhatsApp ok.ru