Bəhreynin 14 Fevral Gənclər Koalisiyası qadınların həbsini pisləyib

Bəhreynin 14 Fevral Gənclər Koalisiyası qadınların həbsini pisləyib

"Qadınların həbsi, onlara qarşı hədə-qorxu, onlardan təhlükəsizlik xidmətləri mərkəzlərində dilindən iltizamın alınması, Bəhreyn qadınlarının hüquqlarının aşkar pozulması deməkdir".  Bunu Bəhreynin 14 Fevral Gənclər Koalisiyasının Qadınlar Şurası yayımladığı bəyanatda bildirib. 
 
Maide.Az xəbər verir ki,  Bəhreynin 14 Fevral Gənclər Koalisiyasının Qadınlar Şurası öz bəyanatında xanım Susən Məyufun həbsini pisləyib və bildirib ki, Ali Xəlifə rejimi qadınların hüquqlarına zərrə qədərdə dəyər vermir. “Qadınların həbsi, onlara qarşı hədə-qroxu, onlardan təhlükəsizlik xidmətləri mərkəzlərində dilindən iltizamın alınması Bəhreyn qadınlarının hüquqlarının aşkar pozulması deməkdir. Bu Ali Xəlifə rejiminin qadın hüquqları ilə bağlı şüarlarının yalan olduğunun göstəricisidir”.

Google+ WhatsApp ok.ru