Bəşər Əsəd: ABŞ və Rusiyanın əməkdaşlığı dünya üçün faydalı ola bilər

Bəşər Əsəd: ABŞ və Rusiyanın əməkdaşlığı dünya üçün faydalı ola bilər

Suriya prezidenti Bəşər Əsəd hesab edir ki, ABŞ və Rusiyanın əməkdaşlığı  bütün dünya, o cümlədən Suriya üçün faydalı ola bilər. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə SANA informasiya agentliyi xəbər yayıb.
 
«Biz (seçkiqabağı) kampaniya zamanı və ondan sonra Trampın əsas prioritetlərinin  terrorla, xüsusən  İŞİD-lə mübarizə olduğu barədə çoxvədli bəyanatlarını  eşitmişik », - deyə Əsəd bildirib.
 
Bununla belə o, praktik planda  nəyi isə gözləməyin hələ tez olduğunu deyib.
 
«Söhbət Rusiya və ABŞ arasında  əməkdaşlıqdan gedə bilər və hesab ediri ki, bu, bütün dünya, o cümlədən Suriya üçün müsbət nəticələrə gətirər», - deyə Suriya lideri bəyan edib.
 
Qeyd edək ki, Bəşər Əsəd bundan əvvəl bildirmişdi ki, Avropa Birliyi  ölkələrinin Suriya böhranında terrorçuları dəstəkləməsi, Avropa xalqlarının maraqlarına zərər verib. 
 
Bəşər Əsəd həmçinin  bəyan edib ki, SƏR vəziyyətinin tənzimlənməsi  ila bağlı danışıqları Astana formatından  davam etmək olar.

 

 

Google+ WhatsApp ok.ru