Bəhreynin “Azadlıq” hərəkatının sədri: Bu millət Allaha söykənərək qalib olacaq

Bəhreynin “Azadlıq” hərəkatının sədri: Bu millət Allaha söykənərək qalib olacaq

Bəhreynin “Azadlıq” hərəkatının sədri Səid Şəhabi ölkədə olan son vəziyyət barədə açıqlama verib.
 
Xalqın liderlərinin Ali-Xəlifə rejimi qüvvələrinin hədəfinə tuş gəldiyini deyən Şəhabi bildirib:
 
“Şeyx İsa Qasim öz evində həbsdədir, Şeyx Əli Salman isə həbsxanada. Manama bu 2 şəxsi öz hədəflərinə çatmaq üçün maneə sayır. Lakin 9 aydan çox keçməsinə baxmayaraq xalq hələ də Şeyx İsa Qasimin evi önündə toplaşıb. Xalqın müqaviməti onun göstəricisidir ki, xalq inqilablarını və rəhbərlərini müdafiə etməkdən əl çəkməyəcək.
 
Rejimin yeganə bildiyi yol qarşıdurma və zorakılıq yoludur. Ali-Xəlifə rejimi qüvvələri xalqı sakit edənə qədər zor tətbiq etmək niyyətindədir. Həbsxana, işgəncə, öldürmək, vətəndaşlığın alınması, ölkədən deport etmək rejimin yöntəmlərindəndir. Rejim bununla xalqı yoracağını düşünür. Lakin bilməlidirlər ki, bu millət Allaha söykənərək qalib olacaq.” (İslamazeri)
 

Google+ WhatsApp ok.ru