Bəhreyn rejimi xalq inqilabının 6-cı ildönümündə təzyiq və zorakılığı artırdı -VİDEO

Bəhreyn rejimi xalq inqilabının 6-cı ildönümündə təzyiq və zorakılığı artırdı -VİDEO

Bəhreyndə xalqın Al-i Xəlifə rejiminə qarşı 2011-ci ildə başlatdığı inqilabının 6-cı ildönümü qeyd edilir.
 
Deyerler.org "Revalution Bahrain"-ə istinadən xəbər verir ki, inqilabın başlanmasından 6 il keçməsinə baxmayaraq, Bəhreyn xalqı etirazları getdikcə artırmağa davam etdirir.
 
Bəhreynin 20-yə yaxın məntəqəsində minlərlə insanın iştirakı ilə səhər saatlarından etibarən inqilabın ildönümü ilə bağlı nümayişlər təşkil olunub. Ali Xəlifə rejiminin siyasəti əleyhinə şüarlar səsləndirən bəhreynli fəallar, ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasım və siyasi məhbuslarla həmrəy olduqlarını elan edib.
 
Səhər saatlarında Bəhreyn təhlükəsizlik qüvvələri Əbu-Sabia, Əs-Sahura və Əl-Mamir bölgələrində göz yaşardıcı qazdan istifadə edərək, nümayişçiləri dağıtmağa çalışıb. Ancaq bəhreynlilər bütün təzyiq, hücum və zorakılıq cəhdlərinə baxmayaraq, etiraz aksiyalarını inqilabın ildönümündə davam etdirib.
 
Digər tərəfdən, Bəhreyn təhlükəsizlik qüvvələrinin fəallara hücumları nəticəsində bəzi nümayişçilər yaralanıb. Bəhreynlilər küçə və prospektlərinin çoxunu barikadalarla bağlayaraq, Ali Xəlifə rejimi qüvvələrinin yaşayış ərazilərinə girmələrinə mane olub.
 
Bu arada mülki geyimli polis də, təhlükəsizlik qüvvələrilə birlikdə Bəhreyn xalqının nümayişlərini dağıtmaqda iştirak edib.
 
Bəhreyn xalqı qanuni və seçilmiş bir rəhbərliyinin hakimiyyətə gəlməsi, ayrı-seçkiliyə son qoyulması, siyasi islahatların aparılması, insan hüquqlarına hörmət edilməsi, ölkədə ədalət və azadlıqların bərpasını istəyir.

. . . . .

Google+ WhatsApp ok.ru