Bəşər Əsəd: `Trampın qadağası Suriya xalqına qarşı deyil`

Bəşər Əsəd: `Trampın qadağası Suriya xalqına qarşı deyil`

Suriyanın prezidenti Bəşər Əsəd Fransanın "Europe 1" radiosu və "TF1" televiziyasına verdiyi müsahibəsində, ABŞ-ın prezidenti Donlad Trampın Suriya vətəndaşlarını ABŞ-a qəbul etməməklə bağlı cəhdinin Suriya xalqına qarşı olmadığını deyib.
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Bəşər Əsəd Trampın fərmanı ilə bağlı belə danışıb: "Bu addım Qərbə köçənlərin arasına sızması ehtimal olunan terrorçulara qarşı atılıb. Bu ehtimal Avropada, xüsusilə də Almaniyada baş tutdu".
Müsahibəsində Fransanın xarici siyasətini də tənqid edən Əsəd, Fransanın ilk gündən etibarən Suriyadakı terrorçuları dəstəklədiyini qeyd edib. Bəşər Əsəd yaxın vaxtlarda Fransada baş tutacaq seçkilərlə bağlı fikirlərini də söyləyib: "Mühüm olan diplomatik əlaqələrimiz deyil, Fransanın siyasi kursunun nə olacağıdır. Fransanın siyasəti ilk gündən etibarən Suriyadakı terrorçuları dəstəkləmək olub və bu səbəbdən ölkəmizdəki ölümlərə görə birbaşa cavabdehdir".
 
Əsəd bu mövzudakı ittihamları özünün yox, əslində Fransa prezidenti Fransua Ollan öz rəhbərliyinə qarşı yönəltdiyini qeyd edib."Olland hələ 2013-cü ildə müharibəni başlatmalarının səhv olduğunu deyib. Əslində terrorçu olan mülayim müxaliflərə silah göndərdiklərini deyən də onlardır".
 
Əsəd Olland barəsində isə belə danışıb: "Onunla heç tanış deyiləm. Həqiqəti söyləmək lazımdırsa, onu və 11 faizlik nüfuzuna məhəl qoymuram. Əslində bu məsələ terrorçularla aramda olan bir məsələ deyil. Bu terrorçuları dəstəkləyən himayədarları ilə aramdakı bir məsələdir".
 
Əsəd müsahibəsində Beynəlxalq Amnistiya təşkilatının işgəncə iddialarına dair sualları da cavablandırıb. Əsəd həbsxanalarında işgəncə edilməsi barədə iddiaları təkzib edəeək belə danışıb: "Belə bir şeyi etmirik, siyasətimiz bu deyil. Nə üçün işgəncə etməliyik axı? Sadizm üçün, məlumat almaq üçün? Onsuz da bütün məlumatlar bizdə var".
 
Müsahibəsində İŞİD-in paytaxt elan etdiyi Raqqanın bir rəmzi məna daşıdığını vurğulayan Əsəd, İŞİD-in Dəməşqin yaxınlığı da daxil olmaqla hər yerdə olduğunu qeyd edib: "Müharibənin gedişatı ilə bağlı olaraq hər yer prioritetimizdir. Hazırda Suriyanın şərqində, Palmiradadırlar. Bizim üçün Raqqa, Palmira, İdlib eynidir". Əsəd Suriya torpaqlarının hər qarışını geri qaytaracaqlarını bildirib.
 

 

Google+ WhatsApp ok.ru