Bəhreynlilərin təzyiqinə görə rejim Ayətullah İsa Qasimin muhakiməsini təxirə saldı - VİDEO

Bəhreynlilərin təzyiqinə görə rejim Ayətullah İsa Qasimin muhakiməsini təxirə saldı - VİDEO

Bəhreyn rejiminin bu gün üçün nəzərdə tutduğu muhakimə etirazçıların izdihamlı aksiyaları səbəbindən təxirə salınıb.
 
Onlarla qəsəbədə gecədən başlayan kütləvi aksiyalar səbəbindən Bəhreyn rejimi bir sıra bölgələrdə fövqəladə vəziyyət elan edib və muhakiməni mayın 7-ə təxirə salıb.
 
Vətəndaşlıqdan məhrum edilən və müxtəlif əsassız və gülünc ittihamlarla ittihamlandırılan Ayətullah İsa Qasim bu gün muhakimə ediləcəkdi.
 
Qeyd edək ki, minlərlə insan əd-Dərraz qəsəbəsində Ayətullah İsa Qasimin mənzili ətrafına toplaşaraq, muhakiməni pisləyiblər. Bəhreynlilər Ayətullah İsa Qasimin qırmızı xət olduğunu bəyan edərək, ölümlə üzləşsələr belə onu qoruyacaqlarını deyib.
 
Bəhreynin onlarla qəsəbəsi ötən gecə Şeyx İsa Qasimin muhakiməsini və 2011-ci ildə martın 13-də Səudiyyə qüvvələrinin ölkəyə girməsini pisləyən aksiyaların şahidi olub. (islaminsesi) /

Google+ WhatsApp ok.ru