Bəhreyn rejimi şiə liderə oxuduğu hökmü ləğv etdi

Bəhreyn rejimi şiə liderə oxuduğu hökmü ləğv etdi

Bəhreyn Ali xəlifə rejimi şiə partiyasının liderinə qarşı oxunan hökmü ləğv edib.
 
Bəhreyn Ali xəlifə rejiminin Ali məhkəməsi müxalif şiə partiyası olan “Əl-Vifak”-ın lideri şeyx Əli Salmana oxuduğu 2-ci hökmü ləğv edərək, ilkin hökmə geri qayıdıb. Belə ki, ləğv edilən qərarda həbs müddətinin 4 ildən 9 ilədək artırılması nəzərdə tutulmuşdu.
 
Qəzetin məlumatına görə, Ali məhkəmə aşağı məhkəmə instansiyasının əvvəlki qərarını ləğv edib. Xatırladaq ki, aşağı məhkəmə instansiyası şeyx Əli Salmana oxunmuş hökmün yenidən gözdən keçirilməsinə dair vəkil sorğusuna cavab olaraq, cəza müddətinin 4 ildən 9 ilədək artılıması qərarını qəbul etmişdi. /

Google+ WhatsApp ok.ru