Bəhreynin Diraz bölgəsinin mühasirəsindən  298 gün keçir, etirazlar hələdə davam edir

Bəhreynin Diraz bölgəsinin mühasirəsindən 298 gün keçir, etirazlar hələdə davam edir

Diraz bölgəsində Ali Xəlifə rejim hərbiçilərinin mühasirəsi davam edir və bu bölgədə təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Buna baxmayaraq Bəhreyn xalqı öz rəhbərlərinin müdafiəsindən əl çəkmir, şəhidlərin sayının artmasına baxmayaraq  etirazlar davam edir. 
 
Maide.Az xəbər verir ki, artıq 298 gündür ki, Bəhreyn xalqı  Bəhreyn şiələrinin rəhbəri Ayətullah Şeyx İsa Qasimin evinin önündə oturaq aksiya keçirir. Ali Xəlifə rejim hərbiçilərinin hücumları, ruhanilərin və Şeyx İsa Qasimi dəstəkləyən insan haqları fəallarının həbsi də Bəhreyn xalqının onun evinin önündəki aksiyasını dayandıra bilməyib. 
 
Şeyx İsa Qasimin evinin ətrafına toplaşanlar ötən gün də Ali Xəlifə rejiminin zülmlərinə öz etirazlarını davam etdirib. Etirazçılar Şeyx İsa Qasimin dəstəyindən əl çəkməyəcəklərini bildirib. Etirazçılar Şeyx İsa Qasimin və şəhid Mustafa Hamdanın fotolarını əllərində tuturaraq Ali Xəlifə rejiminə qarşı şüarlar səsləndirib. 
 
Ali Xəlifə rejimi bəhreynlilərin oturaq aksiyasını dayandırmağa məcbur etmək məqsədilə Diraz bölgəsinin içməli suyunu, qaz və digər kommunal xidmətlərini kəsib.
 
Hazırda Ali Xəlifə rejim hərbiçilərinin mühasirəsi və Diraz bölgəsinə gediş-gəlişin qadağan edilməsinə görə, 18 min bəhreynli öz qohum əqrabası ilə görüşə bilmir. 
 
Ali Xəlifə rejimi Ayətullah Şeyx İsa Qasimin vətəndaşlığını ləğv edib və onun yaşadığı bölgəni mühasirə edib. Bəhreyn xalqı öz rəhbərlərini müdafiə etmək məqsədi ilə onun evinin qarşısında oturaq aksiya keçirir.

Google+ WhatsApp ok.ru