Bəhreyndə Ali Xəlifə rejiminə qarşı nümayişlər davam edir

Bəhreyndə Ali Xəlifə rejiminə qarşı nümayişlər davam edir

Bəhreyndə diktator Ali Xəlifə rejiminin təzyiqlərinə qarşı xalqın etirazları davam edir. Xalq ölkədə Formula 1 yarışlarının keçirilməsini də pisləyir.
 
Deyerler.org Revalution Bahrain-ə istinadən xəbər verir ki, Bəhreyndə rejim müxaliflərinə qarşı təzyiq siyasətini artırmaqdadır. Bu səbəblə bir çox bölgədə keçirilən etiraz aksiyalarında Bəhreyn rejiminə qarşı şüarlar səsləndirilib. Nümayişçilər keçirilməsi planlaşdırılan Formula 1 yarışların dayandırılması tələb edib.
 
Bəhreynin bir çox məntəqəsində Ali Xəlifə rejimi tərəfindən öldürülənlərin və həbs edilənlərin ailələri tərəfindən təşkil olunan etiraz aksiyalarında, Bəhreyn diktatoruna qarşı tənqidlər səbəbilə insanların həbs olunması və öldürülməsi qınanılıb.
 
Son günlər bu istiqamətdə ən azı 10 nəfər həbs olunmuş və 3 il həbs cəzasına məhkum edilmişdir. /

Google+ WhatsApp ok.ru