Bəhreyn rejimi bir həftədə 52 siyasi məhbusu ümumilikdə 313 il azadlıqdan məhrum edib

Bəhreyn rejimi bir həftədə 52 siyasi məhbusu ümumilikdə 313 il azadlıqdan məhrum edib

Bəhreyn İnsan Hüquqları Mərkəzi elan edib ki, ötən bir həftə ərzində Bəhreyn rejimi 52 siyasi məhbus barəsində ümumilikdə 313 il azadlıqdan məhrumetmə qərarı çıxardıb. 
 
Maide.Az xəbər verir ki, Bəhreyn rejim məhkəməsi aprel ayının 10-dan 16-dək 52 siyasi məhbus barəsində qərarını açıqlayıb. 
 
Məlumata görə, ötən bir həftə ərzində 3 məhbus haqqında ömürlük azadlıqdan məhrumetmə cəzası verilib. 
 
Ötən həftə Bəhreyn xalqı Ali Xəlifə rejim əleyhinə 40 dinc aksiya keçirib. Rejim qüvvələri bəzi aksiyalara hücum edib və aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 
 
Bəhreyn İnsan Hüquqları Birliyi mart ayında yayımladığı öz illik hesabatında bildirmişdi ki, 2016-cı ildə Bəhreyndə 2389 fakt insan hüquqları pozuntusu qeydə alınıb. 
 
Bəhreyn rejimi 2016-cı ildə qanunsuz olaraq 306 nəfəri vətəndaşlıqdan çıxarıb. /

Google+ WhatsApp ok.ru