Bəhreyndə matəm elan olundu, Şeyx İsa Qasimdən xəbər yoxdur

Bəhreyndə matəm elan olundu, Şeyx İsa Qasimdən xəbər yoxdur

Bəhreyndə ümumxalq matəm elan olub. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, ötən gün Ali Xəlifə rejim qüvvələrinin hücumu nəticəsində 6 nəfərin şəhid olmasının ardınca Bəhreyn xalq komitələri bu gün ölkədə matəm elan edib. 
 
Məlumata görə, Ali-Xəlifə rejim qüvvələri Diraz bölgəsində bu gün də gəncləri həbs edib. 
 
Ayətullah Şeyx İsa Qasimin durumu haqda məlumat yoxdur. 
 
Bəhreyn Daxili İşlər Nazirliyi şəhid olan şəxslərin adlarını açıqlamayıb.  
 
Şahidlərin bildirdiyinə görə, ötən gün saxlanılan 280 nəfərdən çoxu yaralıdır və onların bəzisinin durumu ağırdır.
 
Qeyd edək ki, ötən gün səhər Ayətullah Şeyx İsa Qasimin həbs qərarına etiraz əlaməti olaraq Bəhreynin müxtəlif bölgələrində aksiyalar keçirilib. 
 
Polis aksiyaları dağıtmaq üçün etirazçılara hücum edib. Gözyaşardıcı qaz və güllələrdən istifadə edib.  
 
Ali-Xəlifə rejim qüvvələri həmçinin ötən gün Şeyx İsa Qsimin evinə hücum edib. Evdə olan hər bir şəxsin həbs olunduğu bildirilir. Hələlik Ayətullah Şeyx İsa Qasimin həbs olunduğu təsdiqlənməyib. /

Google+ WhatsApp ok.ru