Bəhreyn rejimi Ayətullah İsa Qasimi Türkiyə və ya BƏƏ-yə sürgün etmək istəyir

Bəhreyn rejimi Ayətullah İsa Qasimi Türkiyə və ya BƏƏ-yə sürgün etmək istəyir

Bəhreyn xalqı Əd-Diraz bölgəsində ailələri olmadan sadəcə hökumət qüvvələri tərəfindən dəfn edilən 5 şəhid üçün rəmzi cənazə mərasimi təşkil edib.
 
Bəhreynin mərkəzindəki Saar bölgəsinin sakinlərinin təşkil etdiyi cənazə mərasiminə təhlükəsizlik qüvvələri göz yaşardıcı qaz bombası ilə müdaxilə edib.
 
Bəhreynin Daxili İşlər Nazirliyinin mayın 28-də yazılı bir açıqlama verərək, Əd-Dirazda şəhid olanların cənazələrinin ailələrinə təhvil verilmədən hökumət tərəfindən dəfn ediləcəyini bildirmişdir. Bəhreynin Lualua televiziyasının verdiyi xəbərdə hökumət qüvvələrinin bu şəhidlərin cəsədlərini yaşadıqları bölgədən çox uzaq bir ərazidə dəfn etdiyini açıqlayıb.
Bəhreynin Əl-Akər qəsəbəsində də təhlükəsizlik qüvvələri və Ali Xəlifə rejiminə etiraz etmək üçün küçələrə çıxan gənclər arasında toqquşmalar baş verib. Toqquşmaların Səmahiç, Cənubi Əs-Səhlə və Əl-Senabis qəsəbələrində də baş verdiyi qeyd olunub.
 
Bəhreyn Lualua televiziyası mayın 28-də hökumət qüvvələri ilə etirazçılar arasında qarşıdurmanın baş verməsi nəticəsində İsa qəsəbəsi ilə Manama arasındakı əlaqə körpüsünün xalq tərəfindən bağlanıldığı xəbərini vermişdir.
 
Digər tərəfdən, 14 Fevral televiziyası Əl-Musalla, Əbu Sibəa, Əl-Şakhurə, Karzakan, Kərbabad və Əd-Diyədə Ayətullah İsa Qasımı müdafiə etmək, şəhidlərə sədaqət və məhbuslarla həmrəyliyini göstərmək üçün mitinqlər təşkil olunduğunu açıqlayıb.
 
Bu arada Ayətullah İsa Qasımın İrandakı nümayəndəsi Şeyx Abdulla Dakkak Ali Xəlifə rejiminin ayətullah İsa Qasımı Türkiyə və ya Birləşmiş Ərəb Əmirliklərinə sürgün etmək niyyətində olduğunu bildirib. Şeyx Dakkak İraq hökumətinin Bəhreyn rejiminin Ayətullah İsa Qasımın Nəcəfül-Əşrəf şəhərinə sürgün edilməsi tələbini rədd etməsindən sonra, Manama rəhbərliyinin Türkiyə və ya BƏƏ-yə sürgün etməyə çalışdığını qeyd edib.
 
Beynəlxalq Amnistiya təşkilatı da bəyanat verərək, Bəhreyn təhlükəsizlik qüvvələrinin xalqa qarşı güc tətbiq etməsini qınayıb. (deyerler) /

Google+ WhatsApp ok.ru