Bəhreynli qadınlar zindanda işgəncə olunur

Bəhreynli qadınlar zindanda işgəncə olunur

Ali-Xəlifə rejim həbsxanalarında saxlanılan bir qrup Bəhreynin inqilabçı qadınları məktub yazaraq həbsxanada işgəncə olunduqlarını və bu cinayətlərə görə Bəhreyn kralının məsuliyyət daşıdığını bildirib.                        
 
Maide.İnfo xəbər verir ki, məhbus qadınlar bildirir ki, biz keçmiş padşahların dastanlarında belə eşitməmişik ki, krallar öz ölkəsinin qadınlarını həbs etsin. Bildiyimiz bir şey var, o da  budur ki, keçmişdə qadınların həbs olunması padşahlar üçün utanc olub və indi bu cinayətləri heç vaxt unutmayacayıq.                        
 
Bəhreynin islami "Əl-Vəfa" hərəkatı ötən gün bəyanat yayaraq qadınların bu məktubuna cavab olaraq Bəhreyn xalqını bu cinayətləri pisləməyə çağrııb.                        
 
"Əl-Vəfa" xalqdan istəyib ki, qadın məhbusların yardımına tələssin və Ali-Xəlifə rejiminin cinayətlərini pisləməklə qadın məhbuslarla həmrəylik nümayiş etdirsinlər.                        
Bu çağırışdan sonra ötən gün Bəhreynin Xəttül-Ənar xiyabanında insanlar etiraz aksiyası keçirib və avtomobil təkərləri yandırıb. Ali-Xəlifə rejiminin qadın məhbuslara qarşı cinayətlərini pisləyib. /

Google+ WhatsApp ok.ru