Bəqinin dağıdılması ildönümündə Amerikada Ali-Səud rejimi əleyhinə aksiya - FOTO/VİDEO

Bəqinin dağıdılması ildönümündə Amerikada Ali-Səud rejimi əleyhinə aksiya - FOTO/VİDEO

Amerikada yaşayan müsəlmanlar və müharibə əleyhdarları Səudiyyə Ərəbistan rejiminin Vaşinqtonda etiraz aksiyası keçirib.
 
Maide.İnfo Presstv-yə istinadən xəbər verir ki, ötən gün günün ikinci yarısında keçirilən aksiyada yüzlərlə aksiya iştiraçısı  ifratçı vəhhabi ideologiyasının təkfirçi İŞİD terrorçularının İraq və Suriyanı dağıtmaqda ilhamvericisi adlandırıb və bu addımları pisləyiblər. 
 
Etirazçılar üzərində “Vəhhabizmin qadağan olunması”,  “Vəhhabi terrorunun dayandırılması”,  “Müsəlmanlar İŞİD-ə qarşı”, “İŞİD = Vəhhabiyyət”,  “Bəqi yenidən qurulsun” kimi şüarlar yazılmış plakartlar daşıyıb. 
 
Qeyd edək ki,  hicri-qəməri tarixi ilə şəvval ayının 8-dir. Hicri qəməri tarixi ilə 1344-cü ildə  bu gündə Əbdül-Əziz bin Səudun qüvvələri - radikal sələfilər müqəddəs Mədinəni mühasirəyə alaraq şəhəri talan ediblər.
 Onlar bununla kifayətlənməyərək, dörd imam və digər tanınmış səhabələrin məqbərələrinin yerləşdiyi Bəqi qəbiristanlığını yerlə yeksan ediblər. Bu qəbiristanlıqda imam Həsən (ə), İma Zeynül-Abidin (ə), İmam Baqir (ə), İmam Sadiq (ə) və digər tanınmış səhabələr dəfn ediliblər.
 
İstər sünni, istərsə də şiə məzhəbindən olan müsəlmanlar bu vəhşiliyi qınamışlar. Hazırda dünyanın müxtəlif bölgələrində yaşayan müsəlmanlar Səudiyyə Ərəbistanı hakimiyyətinə müraciət edərək, hərəmlərin bərpa edilməsini tələb edir.
 
 
امریکا/سالگرد تخریب بقیع/کنار خبر
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru